AZ

Masazırda yolu bağlayan beton maneə nə vaxt ərazidən götürüləcək? VİDEO YENİLƏNİB

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Sözügedən maneə o yola vətəndaşların təhlükəsizliyi məqsədi ilə qoyulub".

Bu məlumat Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilib.

"Xırdalan şəhəri və Masazır kəndinin kanalizasiya və tullantı sularını kənarlaşdıran 26 saylı nasosxanada yaranmış qəza səbəbindən həmin küçədə səyyar transformator və nasoslar quraşdırılıb. Hazırda nasosxanada təmir işləri həyata keçirilir. Bu işlər başa çatdıqdan sonra vətəndaşların təhlükəsizliyi məqsədi ilə qoyulmuş maneə aradan qaldırılacaq.

Qeyd edək ki, vətəndaşlar üçün alternativ yol mövcuddur və həmin ərazidə yaşayan sakinlərə bu barədə məlumat verilib", - deyə məlumatda bildirilib./oxu.az

**

Abşeron rayonunun Masazır kəndində sürücülər üçün ciddi problem yaranıb.

Avtosfer.az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

Qeyd olunub ki, kəndin içərisindən keçərək Sumqayıt istiqamətinə gedən yola beton maneə qoyulub.

"Artıq bir neçə gündür sözügedən küçədəki beton maneə buradan Bakı-Sumqayıt yoluna çıxışı məhdudlaşdırır. Nəticədə daha uzun marşrutlardan istifadə etməyə məcbur qalırıq. Maneənin ərazidən götürülməsi ilə bağlı isə heç bir tədbir görülmür", - deyə məlumatda bildirilir.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
avtosfer.az

1Mənbələr