Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi olub.
"Yeni Sabah" xəbər verir ki, Xaçmaz-Quba yolunda qeydə alınan qəza zamanı "BMW" markalı minik avtomobili “VAZ 21010”la toqquşandan sonra təmir sexində duran "Priora"ya və ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız