AZ

720 milyon dollar havaya uçdu – ABŞ-ın PUA donanması İranda ağır itkilər verir

Türkiyənin "TRT" teleradio şirkəti ABŞ-ın İrandakı hərbi əməliyyatlarda verdiyi texniki itkilərlə bağlı şok rəqəmlər yayıb.

Musavat.com
xəbər verir ki, təkcə aprel ayı ərzində ABŞ ordusu daha 8 ədəd strateji əhəmiyyətli "MQ-9 Reaper" pilotsuz uçuş aparatını (PUA) itirib. Bununla da müharibənin başlanğıcından bəri məhv edilən bu növ PUA-ların ümumi sayı 24-ə çatıb.

Hər bir "MQ-9 Reaper" PUA-sının dəyəri 30 milyon dollardan çoxdur. 24 ədəd aparatın itirilməsi ABŞ büdcəsinə ümumilikdə təxminən 720 milyon dollar birbaşa ziyan vurub.

Analitiklər bu qədər çox sayda müasir PUA-nın vurulmasını İranın hava hücumundan müdafiə sistemlərinin gözləniləndən daha effektiv işləməsi və elektron mübarizə vasitələrinin gücü ilə əlaqələndirirlər.

Təkcə bu ay itirilən 8 PUA göstərir ki, atəşkəs müzakirələrinə baxmayaraq, havada gərginlik pik həddədir. Bu, ABŞ-ın kəşfiyyat imkanlarına ciddi zərbə vurur.

Dünyanın ən qabaqcıl PUA-ları hesab olunan "Reaper"lərin bu qədər asanlıqla məhv edilməsi ABŞ-ın hərbi-sənaye kompleksinin nüfuzunu beynəlxalq bazarda sual altına qoyur.

Pentaqonun bu itkiləri necə kompensasiya edəcəyi və pilotsuz kəşfiyyat strategiyasına hansı dəyişiklikləri edəcəyi böyük maraq doğurur. Bu rəqəmlər İslamabadda sülh danışıqlarının niyə bu qədər çətin keçdiyini və tərəflərin hərbi üstünlük uğrunda mübarizəsinin nəticələrini ortaya qoyur.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr