AZ

“Kəpəz” üçün 350-ci səfər oyunu – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turu “Kəpəz” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib.

Bu yubiley “Karvan”la matça təsadüf edib. Yubiley matçı gəncəlilər üçün uğursuz alınıb. Belə ki, sözügedən komanda rəqib meydanlarında 164-cü məğlubiyyətini alıb – 1:4. Hesabında 100 qələbə olan qərblilər 86 matçdan bir xalla ayrılıblar. 393 qola sevinən Gəncə təmsilçisi 538 top buraxıb.

Xatırladaq ki, “Kəpəz” çempionatın tarixində 350 və daha çox səfər matçı keçirən 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın hesabında daha çox səfər görüşü var.

Azər Bağırovun rəhbərlik etdiyi Gəncə təmsilçisi cari mövsümdə keçirdiyi 27 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib, 18 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
11
arena.az

10Mənbələr