AZ

İnternat məktəbində OLAY Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? ÖZƏL

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda üçüncü sinif şagirdi dərs zamanı xəsarət alıb. Hadisə aprelin 9-u saat 16:00 radələrində Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən E. Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbində baş verib. Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakini Vüqar Əmirov bildirib.Qeyd edib ki, üçüncü sinif şagirdi Tural Ağayev (şərti ad) dərs zamanı idman zalında yıxılaraq ağız və qol nahiyəsindən xəsarətlər alıb. İddialara görə hadisədən sonra məktəb rəhbərliyi tərəfindən şagirdin xəstəxanaya aparılmadığı, ev şəraitində həkim çağırıldığı və yaraya tikişlərin qoyulduğu tapşırılıb. 

 

Qəsəbədən çağırılan Muxtar adlı həkim tərəfindən şagirdin ağız nahiyəsindəki yaralara tikişlər atıldığı qeyd olunur.

Məsələ ilə bağlı E. Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbin direktoru Dilarə Novruzova Bizim.Media-ya açıqlamasında  faktı təsdiqləsə də, əlavə məlumat verməkdən imtina edib. Eyni zamanda Elm və Təhsil Nazirliyinə də sorğu göndərilib.  Alçina Amilqızı, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
10
bizim.media

10Mənbələr