AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun III mərhələsinə start verilib.
QOL.az xəbər verir ki, aprelin 16-dək davam edəcək məşğələlərə Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.
Kurslarda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu, U-21 yığmamızın məşqçisi Qara Qarayev də iştirak edir.
