ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycanda aprelin 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun gecə 8-10, gündüz 14-17 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 766 milimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı proqnozlaşdırılır. Axşama doğru tədircən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı bildirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.