AZ

Rus dilində danışması müzakirə yaratdı

Türkiyənin reytinqli seriallarından olan "Taşacak Bu Deniz"də yer alan rusca səhnələr tamaşaçıların xüsusi diqqətini çəkib.

Musavat.com xəbər verir ki, layihənin son bölümündə baş rollardan birini canlandıran Ulaş Tuna Astepe bir neçə epizodda rus dilində danışaraq fərqli performans nümayiş etdirib.

Aktyorun rus dilindəki nitqi sosial şəbəkələrdə və müxtəlif platformalarda geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun bu dili mənimsəməyə çalışmasını və səhnələrə əlavə etdiyi realizmi yüksək qiymətləndiriblər. Onların fikrincə, aktyorun bu cür detallara diqqət yetirməsi obrazın inandırıcılığını artırır və serialın ümumi keyfiyyətinə müsbət təsir göstərir.

Digər tərəfdən, tənqid edənlər də az olmayıb. Bir qrup tamaşaçı Ulaş Tuna Astepe-nin rus dilində tələffüzünün tam dəqiq olmadığını, bəzi sözləri vurğu və fonetika baxımından düzgün səsləndirmədiyini qeyd edib. Onlar hesab edir ki, belə səhnələrdə daha peşəkar dil məsləhətçilərindən istifadə olunsa, nəticə daha uğurlu ola bilərdi.

Könül
Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr