AZ

Azərbaycanlı gəncdən böyük uğur BMT də rəsmi spiker oldu

ain.az bildirir, Olke.az portalına istinadən.

BDU Hüquq fakültəsinin 2025-ci il məzunu Əhmədli Fatmaxanım BMT prezidenti tərəfindən BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumuna rəsmi spiker kimi dəvət olunub.

Ölkə.Az-ın məlumatına görə, ECOSOC hər il dünyanın müxtəlif ölkələrindən nazirləri, diplomatları, BMT rəsmilərini və qlobal ekspertləri bir araya gətirən nüfuzlu platformadır. Belə bir mötəbər tədbirə azərbaycanlı gənc hüquqşünasın spiker qismində dəvət alması ölkəmiz üçün qürurverici hadisə kimi qiymətləndirilir.

Fatmaxanım Əhmədli BMT çərçivəsində keçirilən bir sıra mühüm tədbirlərdə ölkəni təmsil edib. O, 27 yanvar 2026-cı ildə Nyu-Yorkda yerləşən BMT-nin Baş Qərargahında təşkil olunan “ECOSOC Partnership Forum Youth Event”də, 28 yanvar tarixində keçirilən “Global Dialogue on Peace and Security” tədbirində, 13 fevral 2026-cı ildə baş tutan “Future of Action Climate Empowerment” proqramında, eləcə də 19 fevral tarixində təşkil olunan “CSW70 Virtual Youth Forum”da iştirak edib.

Bundan əlavə, o, 26–30 yanvar 2025-ci il tarixlərində Oksford Universitetində keçirilən “Global Peace Chain Professional Leadership Certificate” proqramına seçilib. Gənc hüquqşünas həmçinin ABŞ-ın Florida ştatında keçiriləcək CGTEF-2025 konfransına da rəsmi dəvət alıb.

Fatmaxanım Əhmədli ABŞ, Böyük Britaniya, Estoniya və digər ölkələrdə yüksək impakt faktorlu jurnallarda 30-a yaxın elmi məqalənin müəllifidir. O, eyni zamanda Harvard Law School Executive Education proqramının məzunudur.

Qeyd edək ki, azərbaycanlı gənclərin beynəlxalq platformalarda əldə etdiyi bu cür nailiyyətlər ölkənin intellektual potensialının göstəricisi kimi dəyərləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
olke.az

3Mənbələr