AZ

Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı

"Arsenal"ın sabiq futbolçusu Cek Uilşer məşqçi kimi ilk kubokunu qazanıb.

QOL.az xəbər verir ki, onun çalışdırdığı "Luton Taun" (İngiltərə) EFL kuboku uğrunda görüşdə "Stokport Siti" ilə qarşılaşıb. "Luton Taun" oyunda 3:1 hesabı ilə qalib gələrək mükafata sahib çıxıb.

Bununla da Cek Uilşer karyerasının ilk kubokunu əldə edib.Onun məşqçi kimi 1-ci klubu da məhz "Luton Taun"dur. 34 yaşlı mütəxəssis ötən ilin oktyabr ayından bu komandanı çalışdırır.

"Luton Taun" İngiltərənin 1-ci liqasında mübarizə aparır (səviyyəcə 3-cü çempionat). Onlar hazırda sıralamada 61 xalla 10-cudurlar. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
2
qol.az

3Mənbələr