AZ

İsveçrə ABŞ və İran arasında vasitəçi rolunu oynamağa hazırdır

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İsveçrə İslamabadda keçirilən danışıqlardan sonra ABŞ və İran arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin rəsmisi Maykl Ştayner açıqlama verib.

“İsveçrə hər zaman öz xoşməramlı xidmətlərini təklif etməyə hazırdır. Xarici İşlər Nazirliyi bütün maraqlı tərəflərlə əlaqə saxlayır”, – deyə o vurğulayıb.

Ştayner qeyd edib ki, İsveçrə “qoruyucu güc kimi mandatı çərçivəsində” Vaşinqton və Tehran arasında rabitə kanalını təmin etməyə davam edir.

“Bu kanal açıqdır və tərəflərin ixtiyarındadır”, – deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
3
yeniazerbaycan.com

4Mənbələr