AZ

Bu ölkənin prezidenti SÖZ VERDİ: Trampı döyüş meydanında elə bir vəziyyətə salacam ki…

Kuba prezidenti Migel Dias-Kanel bildirib ki, ölkəsi ABŞ prezidenti Donald Trampın mümkün hərbi müdaxilə ilə bağlı təhdidlərindən qorxmur və istənilən aqressiyaya qarşı müdafiəyə hazırdır.

KONKRET.az-ın xəbərinə görə, o, NBC kanalına müsahibəsində vurğulayıb ki, ABŞ-ın Kubaya müdaxiləsi halında ölkə müqavimət göstərəcək.

Dias-Kanel hakimiyyətin qorunması naminə şəxsi fədakarlığa hazır olduğunu da bildirib:

“Qorxmuram. İnqilab uğrunda həyatımı qurban verməyə hazıram”.

Onun sözlərinə görə, adaya qarşı mümkün hücum heç bir əsaslandırmaya malik olmayacaq və bütün tərəflər üçün ağır nəticələrə gətirib çıxaracaq.

Kuba lideri həmçinin qeyd edib ki, ABŞ cəmiyyətinin belə bir müharibəni dəstəkləyəcəyinə şübhə ilə yanaşır.

Dias-Kanel ABŞ administrasiyasının siyasətini, xüsusilə iqtisadi blokadanı “ədalətsiz və hiyləgər” adlandırıb. O, Vaşinqtonun çoxpartiyalı seçkilərin keçirilməsi, siyasi məhbusların azad olunması və azad mətbuatın tanınması ilə bağlı tələblərini rədd edib.

Sonda vurğulayıb ki, Kuba öz müqəddəratını təyin etmək və müstəqilliyini qorumaq hüququna malikdir və ABŞ-ın təzyiqlərinə boyun əyməyəcək. Bundan əlavə, ABŞ-ı Kuba xalqına qarşı “amansız və ədalətsiz” hesab etdiyi siyasətini yenidən nəzərdən keçirməyə çağırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
15
1
konkret.az

2Mənbələr