Aprelin 13-dən etibarən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilib.
Doğru.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan müəllimlər iştirak edə bilərlər.
Qeyd olunub ki, sertifikatlaşdırma, müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmədə iki və ya daha çox dəfə iştirak edən namizədlər üstünlük verilən balla müsabiqəyə qatıla bilərlər.
Sosial amillərlə bağlı müraciətlər zamanı isə müvafiq sənədlərin (hərbçi ailəsi, şəhid ailəsi və ya yaşayış yeri üzrə təsdiqedici sənədlər) elektron ərizəyə yüklənməsi tələb olunur.
Müraciət edənlərdən sənədləri diqqətlə hazırlayıb bir fayl şəklində sistemə yükləmələri istənilir. Qeydiyyat prosesi aprelin 20-si saat 11:00-dək davam edəcək.
DOĞRU.AZ