AZ

ABŞ İrana qarşı təzyiq taktikasından istifadə edəcək

"Nəticəsiz yekunlaşan İslamabad görüşü maksimalist tələblərlə çıxış edən ABŞ və İran üçün razılaşma yox, növbəti mərhələyə keçid imkanı qazanmaq məqsədi daşıyırdı". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib: "Hər iki tərəf "sülhün yanında" olduğunu və anlaşılmazlığın günahkarının digər tərəf olduğunu nümayiş etdirdi. Danışıqları müharibə meydanında qələbəsinin nəticəsi kimi təqdim edən İran masada da üstünlük qazanmaq üçün mövqeyini qətiləşdirdi. ABŞ üçün bu görüş növbəti addımlarına - müxtəlif istiqamətlərdə təzyiq siyasətinə haqq qazandırmaq, hərbi müstəvidə mümkün yeni əməliyyatlarını legitimləşdirmək üçün lazımlı idi. 
Nəticənin əldə edilməməsi ABŞ-ın yarımçıq saxladığı hücumlarını bərpa edəcəyi təhlükəsini aktuallaşdırdı. Lakin hərbi əməliyyatlar sərfəli görünmür: hava hücumları ilə rejimin təslim olması ideyası artıq iflasa uğrayıb.Trampın "lazım olan vaxt İranın az qalan hissəsini də məhv edəcəyik" bəyanatı da o deməkdir ki, ABŞ ən azı yaxın perspektivdə genişmiqyaslı hücumları bərpa etmək istəmir. Əvəzində təzyiq taktikasından istifadə edəcək.
 Yenidən hücum ritorikası bu rıçaqlardan biridir və istisna deyil ki, İranın danışıqlarla bağlı mövqeyini dəyişdirmək məqsədilə zaman-zaman müəyyən hədəflərin vurulması da baş verə bilər.
 İrana qarşı iqtisadi mühasirədən istifadə oluna, gəlir mənbələrinin kəsilməsi üçün ticarət əlaqəsi olan ölkələrə təzyiqlər edilə bilər;
 Hörmüz boğazının blokadaya alınması ABŞ-ın təzyiq taktikasında effektiv ola biləcək addımıdır;
Bu kontekstdə İslamabad görüşündən sonra "diplomatik müharibə" strategiyasından istifadə ediləcəyini, masada üstün gəlmək, digər tərəfi təslim etmək mübarizəsinin başlandığını demək mümkündür. Bu mübarizədə İranın nə qədər duruş gətirə biləcəyindən çox şey asılı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
4
olaylar.az

4Mənbələr