AZ

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Bu ixtisas qrupunda keçid balları aşağı düşəcək…

Azərbaycanda ali məktəblərə qəbul imtahanları yaxınlaşdıqca abituriyentləri və valideynləri ən çox düşündürən məsələlərdən biri də keçid ballarının necə dəyişəcəyidir. Son illərlə müqayisədə builki imtahanların çətinlik səviyyəsi, buraxılış mərhələsində əldə olunan nəticələr və plan yerlərindəki dəyişikliklər bu mövzunu yenidən aktuallaşdırıb.

Bəs 2026-cı ildə hansı ixtisas qrupları üzrə keçid ballarının aşağı düşməsi gözlənilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, xüsusilə III ixtisas qrupu üzrə balların enmə ehtimalı var.

Bu

“Builki buraxılış imtahanlarında sualların çətinlik səviyyəsinin yüksək olması abituriyentlərin nəticələrinə birbaşa təsir edib. Xüsusilə, Azərbaycan dili fənni üzrə açıq tipli sualların məntiqi izah tələb etməsi və vaxt baxımından daha çox zaman aparması iştirakçıların istədikləri nəticəyə nail olmalarını çətinləşdirib.

Bu isə ümumi bal göstəricilərinin aşağı düşməsi ilə nəticələnib.

Buraxılış imtahanındakı nəticələr növbəti mərhələ olan blok imtahanlarına da təsirsiz ötüşməyəcək. Bu baxımdan, qəbul imtahanlarında xüsusilə III ixtisas qrupu üzrə keçid ballarının təxminən 20-30 bal, bəzi hallarda isə daha çox aşağı düşəcəyi proqnozlaşdırılır”.

Məzahir Məmmədli əlavə edib ki, riyaziyyat fənni ilə bağlı da mürəkkəbliklərin müşahidə olunması digər ixtisas qruplarında da müəyyən enmələrin baş verə biləcəyini göstərir.

“Bununla yanaşı, ali təhsil müəssisələrində plan yerlərinin artırılması da keçid ballarına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir.

Bütün bu faktorlar birlikdə götürüldükdə, cari ildə ali məktəblərə qəbul zamanı keçid ballarının ötən illə müqayisədə daha aşağı olması real görünür”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
14
konkret.az

1Mənbələr