Heç şübhəsiz ki, II Qaregin Ermənistanda seçkiöncəsi Rusiyanın dəstəklədiyi revanşistlərə dəstək məqsədilə erməni diasporunun və digər qüvvələrin köməyindən yararlanmaq istəyir. Bütün bu proseslərdə Şimal qonşumuzun barmaq izləri görünür.
Tarixə nəzər salsaq Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən hər zaman yararlanmağa çalışıblar. Onu da unutmaq olmaz ki, Moskva Cənubi Qafqazda son dayaq nöqtəsi sayıla biləcək Ermənistanı asanlıqla əldən buraxacağı inandırıcı deyil və iyun seçkisi yaxınlaşdıqca digər sürprizlər gözləmək olar. Rusiya bütün vasitələrə əl atacaq ki, regionda hegemonluğunu qoruyub saxlaya bilsin. Zavallı Paşinyanın buna necə tab gətirəcəyini zaman göstərəcək. Unumayaq ki, Ermənistanda parlament seçkisi həm daxili siyasi sabitlik, həm də regional geosiyasi balans baxımından mühüm əhəmiyyət kəsb edir.
Amma bir zərururi məqam odur ki, hazırda Rusiya öz ölkəsinin yetərincə problemlərini həll etmək əvəzinə, Cənubi Qafqazda yenidən əski ssenarilərini gerçəkləşdirmək istəyir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31