AZ

Gürcüstanda bəzi əcnəbilərdən iş və yaşayış izni tələb olunmayacaq

ain.az bildirir, Apa.az portalına istinadən.

Gürcüstanda bir sıra hallarda xarici ölkə vətəndaşı peşəkar fəaliyyət ilə yaşayış və iş icazəsi olmadan məşğul ola biləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın "Əmək miqrasiyası" haqqında qanununa düzəlişlər layihəsi hazırlanıb.

Sənədə əsasən, bu imkan yalnız müvəqqəti səfər çərçivəsində müəyyən qısamüddətli layihə, tədbir və yaxud xidmət sahəsində fəaliyyət göstərəcək əcnəbilərə veriləcək. Bu cür fəaliyyətlərin siyahısı, müddəti və qısamüddətli peşəkar fəaliyyət kimi təsnif olunma meyarları Gürcüstan hökumətinin qərarı ilə müəyyən ediləcək.

Düzəlişlərlə Gürcüstanda qısamüddətli peşəkar fəaliyyətlə məşğul olan xarici vətəndaş əmək immiqrantı və ya özünüməşğul əcnəbi hesab edilməyəcək.

Hakim "Gürcü Arzusu" partiyasının hazırladığı qanunvericilik təşəbbüsü sabahdan etibarən parlamentdə müzakirəyə çıxarılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
apa.az

2Mənbələr