Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İstanbul, 13 aprel, AZƏRTAC
Aprelin 7-də İsrailin Türkiyənin İstanbul şəhərindəki baş konsulluğunun yerləşdiyi “Yapı Kredi Plaza”nın qarşısındakı polis məntəqəsinə edilən terror hücumu ilə bağlı daha 3 nəfər bu gün hakim qarşısına çıxarılır.
AZƏRTAC xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən faktla bağlı istintaq davam etdirilir.
Araşdırma çərçivəsində saxlanılan 6 şübhəlidən 3-nün polis idarəsindəki prosedurları tamamlanıb və onlar İstanbulun Çağlayan Ədliyyəsinə göndəriliblər.
Hadisə zamanı yaralanan iki terrorçunun müalicəsi, 1 şübhəlinin isə polis idarəsindəki prosedurları davam edir.
Qeyd edək ki, istintaq çərçivəsində aprelin 11-də hakim qarşısına çıxarılan 12 şübhəlidən 9-u həbs edilib, 2-si barəsində məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Şübhəlilərdən biri prokurorluqdakı prosedurlarından sonra sərbəst buraxılıb.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.