AZ

Eduard Filipin reytinqi yüksəlir: Fransızların 26 faizi onu prezident kimi görmək istəyir

Paris, 13 aprel, AZƏRTAC

Fransanın Ipsos-BVA sorğu mərkəzinin Cesi mühəndislik məktəbi ilə birlikdə aparılan sorğusuna görə, fransızların təxminən 26 faizi keçmiş Baş nazir Eduard Filipi 2027-ci ildə prezident görməkdən məmnun olacağını bildirib. Bu göstərici əvvəlki aya nisbətən dörd faiz artıb.

AZƏRTAC xəbər verir ki, “Horizons” partiyasının sədri və Le Havre şəhərinin meri seçilən Filip son dövrlərdə ictimaiyyət arasında populyarlıq qazanıb. Sorğuya əsasən, yalnız iki siyasətçi onun reytinqini üstələyir: Milli Birlik (RN) partiyasının sədri Jordan Bardella 34 faiz müsbət rəy (-1 faiz) və partiyanın lideri Marin Le Pen 32 faiz (-1 faiz) göstərici ilə öndədir. Filip isə sağçıların Avropa Parlamenti üzvü Maryon Mareşalı 23 faiz (-1 faiz) nəticə ilə geridə qoyur.

Solçular arasında ilk adlar Fransua Rüfən və Rafael Qlüksməndir, hər ikisi 16 faiz müsbət rəy toplayıb, əvvəlki aya nisbətən sabit qalıb. Keçmiş Baş nazir Dominik dö Vilpən isə iki faiz artaraq 15 faizə yüksəlib.

Sorğuda iştirak edənlərin 27 faizi Baş nazir Sebastyən Lökornünün fəaliyyətini müsbət qiymətləndirib, bu göstərici əvvəlki aya nisbətən iki faiz artıb. Prezident Emmanuel Makron isə 23 faiz müsbət rəyə malik olaraq mart ayı ilə müqayisədə bir faiz artım göstərib.

Seçilən
0
1
azertag.az

2Mənbələr