AZ

Aylıq 25 min, nəticə sıfır: “Sumqayıt”da baş məşqçi dəyişikliyi

ain.az, sport24.az saytına istinadən bildirir.

"Sumqayıt" klubunun baş məşqçi Saşa İliçlə bağlı qərarı dəqiqləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "kimyaçılar" mövsümün sonunda serbiyalı mütəxəssislə vidalaşacaq. Cari mövsümdə komandanın göstərdiyi nəticələr klub rəhbərliyini qane etmədiyindən, baş məşqçinin başa çatan müqaviləsi yenilənməyəcək.48 yaşlı çalışdırıcının aylıq maaşının 25 min manat olması da gözləntiləri artırsa da, nəticələr bu etimadı doğrultmayıb. "Sumqayıt" həm Misli Premyer Liqasında, həm də Azərbaycan Kubokunda artıq 11 oyundur qələbə qazana bilmir. Komanda son olaraq yanvarın 31-də "Karvan-Yevlax"ı 2:0 hesabı ilə məğlub edib.Hazırda "Sumqayıt" çempionatda 32 xalla 8-ci pillədə qərarlaşıb və mövsümün sonunda komandanı yeni baş məşqçinin çalışdıracağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
sport24.az

1Mənbələr