AZ

Trampın bu çıxışından sonra neft kəskin bahalaşdı

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını bloklamaqla bağlı çıxışından sonra neftin qiyməti kəskin şəkildə yüksəlib.

Milli.Az xəbər verir ki, hazırda "Brent" markalı neft 102,10 dollara, yüngül neft isə 104,61 dollara təklif edilir.

Xatırladaq ki, İslamabadda baş tutan danışıqlar razılaşma olmadan başa çatdıqdan sonra açıqlama verən Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında yerləşdiriləcəyini deyib.

"Hər kəsin sərbəst şəkildə gəlib-gedə biləcəyi bir sistem quracağıq. İranlılar tərəfindən qoyulmuş minaları məhv etməyə başlayacağıq", - deyə Tramp bildirib. O, həmçinin ABŞ və ya mülki gəmilərə hücum edilərsə, sərt cavab veriləcəyini vurğulayıb.

Trampın açıqlamasından sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dəniz blokadasının təfərrüatlarını paylaşıb. Bəyanata görə, blokada Türkiyə vaxtı ilə saat 17:00-dan etibarən İran limanlarına daxil olan və çıxan bütün gəmilərə qarşı tətbiq olunacaq. Blokada Fars körfəzi və Oman körfəzi də daxil olmaqla, İranın bütün sahil xəttini əhatə edəcək.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
news.milli.az

2Mənbələr