AZ

"Dövlət Qulluğu haqqında bütün təsəvvürlərimiz VƏTƏNƏ sədaqətdən başlayır"

Dövlət İmtahan Mərkəzi dünən-10 aprel 2026-cı ildə Bakının əzəmətli və füsunkar mənzərəsində inşa edilən Marriott Hotel Boulevarda 10 illiyini qeyd edirdi.
Yubiley tədbirində Azərbaycan Dövlət orqanlarının rəsmiləri,MDB ölkələrinin təhsil sahəsi üzrə nümayəndələri,QHT rəhbərləri və KİV iştirak edirdilər.
DİM özünün fəaliyyət istiqaməti sahəsində oxşar tədbirləri demək olar ki,hər il keçirir.
 
Tam səmimi və heç kimi qıcıqlandırmadan deyim ki, DİM-ə qədər bu missiyanı DQMK (Dövlət Qulluğu Məsələləri üzrə Komissiya)həyata keçirirdi.Komissiyanın rəhbərliyi və orada çalışan kollektivin hər bir üzvü ölçülü-biçimli davranışa ,ciddi,səliqəli xarici görünüşə malik,milli,mənəvi dəyərləri uca tutan,vəzifə funksiyalarının icrasına vicdanla yanaşan,göstərilən eimada və etibara sədaqət nümayiş etdirən şəxslər idi.
 
Bəziləri Mərkəzi İcra Hakimiyyəti orqanarında məsul və yüksək vəzifələrə çəkliblər.Xoş sədaları gəlir…
10 il bundan əvvəl həmin qurum ləğv edilərək müvafiq qərarla vahid bir Publik şəxsə çevrildi.
Əvvəlki peşəkarlığı və prinsipallığı ilə çalışan və etik davranış qaydalarına yüksək həssaslıqla yanaşan komissiyanın kollektivi yeni yaranmış DİM-də,yeni kollektivlə birlikdə  çalışmağa davam etməyə başladı.
 
Uzun illər ərzində demək olar ki,kollektivin hər bir üzvü ilə müsahibə mərhələsində təmasda olduğum zaman  yaranan müsbət təəssüratlar,müsbət müşahidələrimlə üst-üstə düşdü.
 
Bu qurumda çalışan hər kəsin bacarıq və səriştəsi,intellekt və nəzəri bilik səviyyəsilə əldə edilən zəngin təcrübə bir-birilərinin ayrılmaz tərkib hissəsi kimi vəhdət təşkil edir.Burada sui-istifadələrə imkan verən dəhlizlər tam qapanıb.Təfəkkürlərdə və düşüncələrdə belə,buna zəmin yoxdur.Xidmət belə qurulub,ona görə.Bir müdrik kəlamda deyildiyi kimi :“Valideynlərimiz,uşaqlarımız və qohumlarımız bizə əzizdir,çox əziz;lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə-Vətən sözündə birləşir(Mark Tuli Siseron).”
 
Bu kəlamı elə,belə yazmadım. DİM-in direktoru (ona“Dəmir  Ledi” də deyilir)Məleykə Abbaszadədən tutmuş, sıravi işçisinə kimi,hamı üçün”Öncə Vətən” şüarı sanki hər qapının üzərində həkk edilib.
 
Doğrudur,qəhrəmanlıq,-süverenlik,ərazi bütövlüyü və müstəqillik uğrunda fərqlənən və bu sahədə cəsarət,fədakarlıq və şücaət göstərən fədailərə verilir.Amma razılaşaq ki, Hörmətli Məleykə xanım və kollektivi ali məktəblərə üz tutan və dövlət qulluğunda çalışmaq istəyən minlərlə namizədlərin məqsədlərinə çatması üçün  Konstitusion vəzifə sayılan “Vətənə Sədaqət”li mövqe və bacarıq nümayiş etdirir.
 
Minlərlə ailə övladlarının ixtisaslara yiyələnməsi üçün qazandıqları uğura görə  yaxşı mənada kövrəlir,sevinir…
Bu danılmaz bir həqiqətdir!
 
Yubiley tədbirində edilən çıxışlara və söylənilən fikirlərə söykənərək əvvəlki qənatəimdə qalıram.
 
DİM ölkədə təhsil və dövlət qulluğu sahəsində şəffaflığın,obyektivliyin və keyfiyyətin təmin edilməsində mühüm rol oynayan əsas qurumlardan biridir.10 il ərzində DİM qəbul imtahanlarının,sertifikasiya və qiymətləndirmə  proseslərinin müasir standartlara uyğun təşkilində çox iş görüb(görür),innovativ texnologiyaların tətbiqində MDB ölkələri sırasında öncül pillədə qərar tutur.
 
DİM fəaliyyətinin istənilən mərhələsində abituriyentlərə və namizədlərə bərabər imkanlar yaradır,bilik və bacarıqlar ədalətli şəkildə qiymətləndirilir.
İmtahan sisteminin təkmilləşdirilməsi istiqamətində davamlı islahatlar aparılır,beynəlxalq təcrübələrdən və görüşlərdən  uğurla faydalana bilir.Bu,peşəkarlığın və təcrübənin nəzəriyyə ilə bir araya sığmasının canlı təcəlləsidir,-deyərdim.
 
DİM-nin obyektiv və ədalətli ( klassik hüquqda mütləq ədalət,hüquq və azadlıq yoxdur)fəaliyyəti cəmiyyətin dövlət idarəçiliyinə və təhsil sisteminə,gənclərin ixtisaslarına uyğun vəzifə tutmaq istəyinə olan inamını gücləndirir. 
 
Ötən 10 il ərzində əldə edilən nailiyyətlər ölkənin gəıəcək inkişafına səmtlənən yolda vətəndaş məmnunluğunu gücləndirir.Ən başlıcssı isə, Mərkəzin hər bir personası qulluq mpvqeyində ikən Möhtərəm Prezident cənab İlham Əliyevin göstərdiyi etimad və etibarını doğrultmaqla şərəfli bir fəaliyyətin fərqində olmasıdır.
DİM fəaliyyətində rəqəmsallaşmanın genişləndirilməsilə onlayn xidmətlər artır,vətəndaş müraciətlərinə baxılması və nəticələrin elektron qaydada əldə olunması vətəndaşlar üçün rahatlıq yaradır.Vətəndaş müraciətlərinə çevik reaksiya verilir.
 
Yubileydəki çıxışlarda insan amilinin inkişafına,əməkdaşların peşəkarlığının artırılmasına,onların etik-davranış qaydalarına ciddi riayət olunmasına,vətəndaşlarla düzgün ünsiyyət qurulmasına da toxunuldu.
 
DİM regionlarda xidmətlərin hamı üçün əlçatanlığının genişləndirilməsinə,imtahan mərkəzlərinin artırılmasına imkan yaradır.İnnovativ yanaşmaların ,beynəlxalq təcrübənin öyrənilməsi və yeni texnologiyaların tətbiqi sistemin güvənli inkişafını təmin edir.
 
Əminliklə demək olar ki,bu istiqamətdə təşkil edilən və həyata keçirilən beynəlxalq tədbirlər  həm də,mühazirə-seminar xarakteri daşımaqla vətəndaş məmnunluğunun təməlini təşkil edir.
 
 Mşahidələrimə istinadən bəzi özəl təkliflərim də var. Təhsil və imtahan prosesləri bir qurumda cəm olarsa,bu sahədə qərarların operativ və uyğunlaşdırılmış şəkildə qəbuluna imkan verəcək,daxili nəzarət və məsuliyyət hissi daha aydın seziləcək.Bürokratik  əngəllər azalacaq.
 
Müasir dövrümüzdə təhsil sisteminin səmərəli idarə olunması və vətəndaş məmnunluğunun artırılması üçün institusional islahatların aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan təhsil sahəsində fəaliyyət göstərən qurumların optimallaşdırılması çox vacib məsələlərdəndir.
 
Elm və Təhsil Nazirliyinin fəaliyyəti daha çox dövlətin elmlə bağlı siyasətinin formalaşdırılması ilə bağlı olduğu üçün,sırf ”Elm Nazirliyi” kimi fəaliyyət göstərsin.
Təhsil və onun qiymətləndirilməsi daha geniş səlahiyyətlərə malik , vahid qurum-Təhsil və Dövlət Qulluğu üzrə İmtahan Mərkəzinə (TDQİM) çevrilməsi məqsədəuyğun hesab edilə bilər. Bu cür mərkəzləşmə idarəetmədə çevikliyi artırmaqla yanaşı,nəzarət mexanizmlərinin daha səmərəli qurulmasına şərait yarada bilər. 
 
Vahid sistem çərçivəsində imtahan,qiymətləndirmə və qəbul proseslərinin koordinasiyalı şəkildə həyata keçirilməsilə şəffaflın yüksəldilməsinə xidmət edəcək.Təbii, belə idarəetmə zamanı funksiyaların həddindən artıq cəmləşməsinin qarşısı alınmalı,obyektivlik prinsipi qorunmalı,diskresion səlahiyyətlərə yer verilməməlidir.
Belə struktur dəyişikliyin düzgün planlaşdırıldığı və mərhələli şəkildə həyata keçirildiyi təqdirdə təhsil sisteminin səmərəli idarə olunçağına və dövlətin bu sahəyə olan məqsədi üçün faydalı ola bilər,düşünürəm.
 
Cəlaləddin Əfqanın məşhur bir fikri var:”Dünyanın hər yerində həqiqi hökmdar  olan ELM vaxtaşırl öz paytaxtını dəyişib gah Şərqdən Qərbə,gah da Qərbdən Şərqə köçsə də ağalığını qoruya bilir.”
 
DİM-nin ictimai rəydə hüququn aliliyini qoruya bilən bir qurum kimi payraxtı var…
Bu,sadəcə  gəldiyim özəl qənaətim idi.
Kollektivə uğurlar arzu edirəm.
Tanrı hər kəsi qorusun!
 
Şəmsəddin Əliyev
Hüquqşünas-publisist, AYB-nin üzvü
2026-cı il
Seçilən
16
1
moderator.az

2Mənbələr