AZ

Müdafiə Nazirliyinin bölmə rəisi mənzil fırıldaqlarına görə hakim qarşısında  

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin bölmə rəisi Əvəz Əli oğlu Rüstəmovun cinayət işi üzrə istintaq tamamlanıb.

Musavat.com xəbər verir ki, istintaqla müəyyən edilib ki, Əvəz Rüstəmov bölmə rəisi olduğu dövrdə, eləcə də həmin hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi müddətdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alıb və digər qanunsuz əməllərə yol verib. Aydınlaşdırılıb ki, Əvəz Rüstəmov qeyd olunan vəzifələrdə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək ona müraciət etmiş həmin hissənin işçilərini və digər vətəndaşları xidməti mənzillə təmin etmək, kirayə müqaviləsi tərtib etmək və onları qeydiyyata almaq müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində alıb. Bundan başqa, onun vəzifə saxtakarlığı törətməsinə, habelə işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrarən, külli miqdarda rüşvət alma), 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilib. Onun barəsində yaşı və səhhəti nəzərə alınmaqla, məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

E.Məmmədəliyev
Musavat.com

Seçilən
0
46
musavat.com

10Mənbələr