AZ

Pensiya ilə bağlı mühüm xəbər

Pensiya yaşı məsələsi son illərdə cəmiyyətdə ən çox müzakirə olunan sosial mövzulardan birinə çevrilib. Əhalinin bir qismi mövcud pensiya yaşını yüksək hesab edir və bu sahədə dəyişikliklərin zəruri olduğunu vurğulayır. Digər tərəfdən isə iqtisadi reallıqlar pensiya sisteminin gələcəyi ilə bağlı narahatlıq doğurur.

Bəs mövcud şəraitdə pensiya sisteminin taleyi necə görünür? Gələcəkdə pensiyanın ləğvi mümkündürmü?

Publika.az xəbər verir ki, globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, pensiya yaşı və ümumiyyətlə pensiya sisteminin gələcəyi yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində ciddi müzakirə olunan mövzudur.

Onun fikrincə, pensiyaların tam şəkildə ləğv olunması çox da real görünmür:

“Çünki istənilən ölkədə dövlət yaşlı vətəndaşlarının minimal gəlirini təmin etməyə borcludur. Ancaq pensiya sisteminə alternativ sistemlər yaradıla bilər. Məsələn, fərdi pensiya fondlarının təşkil edilməsi, yığım sisteminin dəyişdirilməsi kimi və sair”.

Seçilən
10
4
publika.az

10Mənbələr