AZ

“Rəqəmsal kibertəhlükəsizlik ən qəliz sahələrdən biridir” – Rauf Cabbarov

Rəqəmsal kibertəhlükəsizlik ən qəliz sahələrdən biridir. Bu, bizim inkişaf etdirməyi hədəflədiyimiz məsələlərdəndir". 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının icraçı direktoru Rauf Cabbarov bildirib.

O, qeyd edib ki, müasir dövrdə bulud texnologiyaları, süni intellekt və digər yeni trendlər kibertəhdidləri daha da mürəkkəbləşdirir.

Bu səbəbdən insidentlərin düzgün başa düşülməsi və təhlili üçün xüsusi texnologiyalara və peşəkar yanaşmaya ehtiyac yaranır.

Məhz buna görə də beynəlxalq təcrübəyə malik Greenwise şirkətinin tətbiq etdiyi müasir texnologiyalar və praktiki yanaşmalar kibertəhdidlərin rəqəmsal kriminalistika baxımından analizində mühüm rol oynayır.
 

Ümumilikdə, dünyada baş verən geosiyasi gərginliklər və müxtəlif fövqəladə hallar kibertəhlükələrin artmasına səbəb olur. Azərbaycanın yerləşdiyi region da bu baxımdan həssasdır: 


"Nəzərə almaq lazımdır ki, internet mühiti qlobaldır və heç bir ölkə tam izolyasiya olunmuş vəziyyətdə deyil. Bu səbəbdən kiberinsidentlərin baş verməsi qaçılmazdır. Bu cür hadisələrin əksəriyyəti dövlət və özəl qurumlar tərəfindən operativ şəkildə aradan qaldırılır və hər zaman ictimaiyyətə açıqlanmaya bilər. Lakin bu, həmin risklərin mövcud olmadığı anlamına gəlmir.
Belə halların qarşısının alınmasında dövlət-özəl tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda bu istiqamətdə artıq mühüm addımlar atılıb. Dövlət qurumları kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış özəl şirkətlərlə əməkdaşlıq edir və onların imkanlarından istifadə edir.

Çünki aydındır ki, hər bir qurum daxilində məhdud sayda mütəxəssislə tam təhlükəsizliyi təmin etmək mümkün deyil. 

Eyni zamanda, bu sistemlərdə süni intellekt texnologiyalarından istifadə olunaraq proseslər avtomatlaşdırılır və risklər daha operativ şəkildə aşkar edilərək aidiyyəti qurumlara çatdırılır”.

Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim Media

Seçilən
7
4
bizim.media

5Mənbələr