AZ

Boşqabın yarısı tərəvəz olmalıdır Həkim xərçənglə mübarizənin sirrini açdı

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dietoloq və qastroenteroloq Nuriya Dianova yumurtalıq xərçəngi ilə mübarizədə düzgün qidalanmanın əhəmiyyətini açıqlayıb. Onun fikrincə, sağlam rasiona riayət edən qadınların sağqalma ehtimalı digərlərinə nisbətən 30–35% daha yüksəkdir.Demokrat.az xəbər verir ki, sağlam qidalanma indeksi xəstəliklə mübarizədə həlledici rol oynayır. Rasionda tərəvəzlərin, pomidorun, qoz-fındıq və toxumların bol olması ömrü uzadan əsas faktorlar kimi göstərilir.“Alimlər müəyyən ediblər ki, sağlam pəhrizə riayət etmək daha yüksək sağqalma ehtimalı ilə əlaqəlidir. Alternativ sağlam qidalanma indeksi və Aralıq dənizi pəhrizi üzrə göstəriciləri daha yüksək olan pasiyentlərdə sağqalma nəticələri daha yaxşı olub, yəni onların ölüm ehtimalı bu göstəriciləri aşağı olanlarla müqayisədə 30–35% az olub. Bundan əlavə, rasionunda daha çox tərəvəz, pomidor, qoz-fındıq və toxum olan pasiyentlər bu məhsulları daha az istehlak edənlərlə müqayisədə daha uzun müddət yaşayıblar”, – deyə Nuriya Dianova bildirib.Həkim qeyd edib ki, emal olunmuş ət, transyağlar və bəzi süd məhsulları bədəndə iltihabı artıraraq vəziyyəti ağırlaşdırır. Bu tip qidalar sağqalma göstəricilərinə mənfi təsir göstərir.“Yumurtalıq xərçəngi zamanı sağqalmanı artırmaq üçün müəyyən mexanizmlər mövcuddur. Birincisi, hər yeməkdə tərəvəzlərə yer verin. Boşqab qaydasına əsasən, boşqabın yarısı məhz tərəvəz və meyvələrdən ibarət olmalıdır. İkincisi, sağlam ara qidalarla eksperiment edin. Qoz-fındıq və ya toxumların meyvə, giləmeyvə ilə birləşdirilməsi faydalıdır. Həmçinin rasionunuzda ultraemal olunmuş məhsulların miqdarını azaldın”, – deyə ekspert əlavə edib.Sağlam qidalanma vərdişləri və rasionun tənzimlənməsi xərçənglə mübarizə aparan xəstələrin ümumi durumunu yaxşılaşdıran ən effektiv vasitələrdən biri hesab olunur.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
demokrat.az

1Mənbələr