BAKI, 13 aprel. TELEQRAF
ABŞ-nin keçmiş prezidenti Barak Obama müxalif siyasətçi Peter Madyarın sədrlik etdiyi “Tisa” Partiyasının Macarıstan parlament seçkilərindəki qələbəsini “bütün dünya demokratiyasının zəfəri” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Dünən Macarıstanda müxalifətin qələbəsi, eləcə də 2023-cü ildə Polşada keçirilən seçkilər təkcə Avropanın yox, bütün dünyada demokratiyanın qələbəsidir. Bu, ilk növbədə macar xalqının dözümlülüyünün və əzmkarlığının sübutudur, hamımıza ədalət, bərabərlik və qanunun aliliyinə doğru səyləri davam etdirməyi xatırladır”, - Obama bildirib.