AZ

Tahir Şıxəliyevin fərdi sərgisi Bakıda keçiriləcək FOTO

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı şəhərində Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Tahir Şıxəliyevin fərdi sərgisi keçiriləcək.Bizim.Media xəbər verir ki, sərgi 22–28 aprel 2026-cı il tarixlərində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda ziyarətçilər üçün açıq olacaq.Ekspozisiyada rəssamın rəngkarlıq və qrafika janrlarında olan əsərləri təqdim ediləcək. Sərgidə müəllifin özünəməxsus yaradıcılıq üslubu, uzun illərə söykənən sənət yolu və bədii baxışı əks olunacaq. Əsərlər müxtəlif mövzu və istiqamətləri əhatə edərək forma, rəng və kompozisiya baxımından zənginliyi nümayiş etdirir.

 

Tədbir Azərbaycan Rəssamlar İttifaqı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Rəsm Qalereyası və HüsnArt Təsviri Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Kütləvi informasiya vasitələrinin nümayəndələri, incəsənət sevərlər və bütün maraqlananlar sərgini ziyarət edə bilərlər.Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 43Vəcihə Səmədova adına sərgi salonuƏlaqə telefonu: 4936230Rəsmi veb-sayt: //tahir-shikhaliyev.com/ Instagram: @tahir_shikhaliyev 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
bizim.media

2Mənbələr