AZ

Vaşinqton və Tehran arasında növbəti görüş nə zaman olacaq?

ABŞ və İran arasındakı danışıqların növbəti mərhələsinin yaxın günlər ərzində keçirilməsi ehtimal olunur.

Missiya.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, həm Vaşinqton, həm də Tehran tərəfindən səsləndirilən sərt bəyanatlara baxmayaraq, gələcək diplomatiya üçün qapılar açıq qalır və tərəflər yaxın bir neçə gün ərzində yeni görüş təşkil edə bilərlər.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçı İslamabadda danışıqların uğursuz nəticələnməsində Vaşinqtonu günahlandırıb.

Xatırladaq ki, aprelin 11-də İslamabadda İran və ABŞ arasında bir neçə mərhələdən ibarət danışıqlar baş tutub. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə Vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqton tərəfindən verilən açıqlamalarda bildirilib ki, mövcud ziddiyyətlər səbəbindən tərəflər münaqişənin uzunmüddətli həlli istiqamətində razılığa gələ bilməyiblər. Gözlənilən yeni danışıqlar raundunun detalları isə hələlik məlum deyil.

Daşqın HəsənovMissiya.Az

Seçilən
19
50
missiya.az

10Mənbələr