AZ

Pezeşkian razılaşmanın yeganə şərtini açıqladı

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la mümkün razılaşmanın yalnız bir şərtlə mümkün olduğunu bəyan edib.
 
Bu barədə Fars News Agency və digər beynəlxalq mənbələr məlumat yayıb.
 
Məlumata görə, Pezeşkian bildirib ki, İran üçün əsas “qırmızı xətt” ölkənin milli maraqları və hüquqlarıdır.
 
“Bizim qırmızı xəttimiz İran xalqının milli maraqları və hüquqlarıdır. Əgər bu prinsiplər qorunarsa, razılıq mümkündür”, – deyə o vurğulayıb.
 
Qeyd edək ki, İran prezidentinin bu açıqlaması Rusiya Prezidenti ilə telefon danışığı zamanı səsləndirilib. O, həmçinin əlavə edib ki, Tehran regionda sabitliyin təmin olunması üçün ədalətli və balanslı razılaşmanın tərəfdarıdır. /Yeni Sabah/
 
Seçilən
0
2
moderator.az

3Mənbələr