AZ

Qısa zamanda şöhrət qazandı, bir gündə yoxa çıxdı Hürrəm Sultan çəkilişdən niyə qaçdı? VİDEO

Olke.az saytına istinadən ain.az xəbər verir.

Məryəm Üzərli 12 avqust 1983-cü ildə Almaniyanın Kassel şəhərində, 4 uşaqlı ailənin ən kiçik qızı olaraq dünyaya gəlib. İki qardaşı və bir bacısı var. 

Atası türk, anası isə alman olan sənətçi sonradan Hamburqa köçərək aktyorluq və teatr təhsili alıb. Karyerasında ilk addımlarını Almaniyada atan aktrisa müxtəlif televiziya layihələrində iştirak edib.

“Möhtəşəm Yüzyıl” serialının prodüseri Timur Savcı və ssenaristi Meral Okay “Hürrəm Sultan” obrazı üçün uzun müddət uyğun aktrisa axtarıblar. Bu proses təxminən 8 ay davam edən genişmiqyaslı kastinqə çevrilib.

Məhz bu dövrdə Almaniyada aktyorluq edən Məryəm Üzərli kastinq direktoru Hülya Duyar tərəfindən kəşf edilib. Bundan sonra Üzərli Türkiyəyə dəvət olunub və keçirilən seçimlər nəticəsində “Hürrəm Sultan” rolunu qazanıb.

2011-ci ildə serialda Halit Ergenç ilə birlikdə baş rolda çıxış edib.

Serialda canlandırdığı “Hürrəm Sultan” obrazı ilə qısa zamanda bütün Türkiyədə tanınıb. Türkiyədəki ilk serial təcrübəsi olmasına baxmayaraq, sürətlə böyük şöhrət qazanıb.

Lakin o, 2013-cü ildə “tükənmişlik sindromu” yaşadığını əsas gətirərək qəfil şəkildə çəkilişlərə fasilə verib və Almaniyaya gedib.

İllər sonra bu mövzu ilə bağlı danışan prodüser Timur Savcı onun serialdan ayrılmasını bütün komandaya qarşı hörmətsizlik və şıltaqlıq kimi qiymətləndirmişdi.

Məryəm Üzərli Almaniyada da bir çox serial və filmlərdə rol alıb. Ana dili alman dilidir, eyni zamanda ingilis dilini də yaxşı bilir. 

Türk dili isə “Möhtəşəm Yüzyıl” serialında canlandırdığı “Hürrəm Sultan” obrazı sayəsində xeyli inkişaf edib.

2011-ci ildə "Hürrəm Sultan" rolu ilə iki dəfə “Ən yaxşı qadın aktrisa” mükafatına, həmçinin bir dəfə “TV Ulduzları Xüsusi Mükafatı”na layiq görülüb. 2012-ci ildə isə dram janrında “Ən yaxşı qadın aktrisa” mükafatını qazanıb.

Bundan başqa Məryəm Üzərli televiziya və internet seriallarında bir çox yaddaqalan rollara imza atıb. O, "Gecenin Kraliçesi" (Selin), "Eşkıya Dünyaya Hükümdar Olmaz" (Suzi – qonaq rol), "Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar" (Rosali) kimi seriallarda rol alıb.

Məryəm Üzərli 2011-ci ildə iş adamı Can Ateş ilə yaşadığı münasibətlə də Türkiyədə şəxsi həyatı ilə gündəmə gəlib. Bu münasibətdən 2014-cü ildə qızı Lara Cemine dünyaya gəlib, lakin cütlük evlənmədən ayrılıb.

Üzərli sonrakı illərdə adı çəkilən bəzi şəxslərlə, o cümlədən Alp Özcan ilə qısamüddətli münasibətləri ilə medianın gündəminə gəlsə də, lakin bu münasibətlərin heç biri evliliklə nəticələnməyib.

2021-ci ildə ikinci qızı Lili Koiyi dünyaya gətirib, lakin uşağın atasının kimliyi barədə ictimaiyyətə məlumat verməyib. Hazırda Berlində yaşayan aktrisa iki qızı ilə birlikdə daha sakit və gözlərdən uzaq bir həyat tərzi seçir və şəxsi həyatı ilə bağlı məlumatları çox məhdud şəkildə paylaşır.

Ölkə.az,

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
olke.az

2Mənbələr