AZ

Neft qiymətləri yenidən artdı

Bazar ertəsi səhəri neft qiymətləri kəskin şəkildə yüksəlib, çünki investorlar Yaxın Şərqdəki vəziyyəti qiymətləndirməyə davam edirlər.

"Yeni Sabah" xəbər verir ki, Londonun "ICE Futures" Birjasında iyun ayı üçün "Brent" fyuçerslərinin qiyməti 6,92 dollar (7,27%) artaraq barel üçün 102,12 dollara çatıb. Cümə günü "Brent"in qiyməti 0,72 dollar (0,75%) azalaraq barel üçün 95,20 dollar idi.

Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə may ayı üçün WTI fyuçerslərinin qiyməti 8,16 dollar (8,45%) artaraq barel üçün 104,73 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə 1,30 dollar (1,33%) azalaraq barel üçün 96,57 dollara düşmüşdü.


Telegram kanalımız
Seçilən
22
yenisabah.az

1Mənbələr