AZ

Ən zərərli səhər yeməkləri -Həkim AÇIQLADI

Qastroenteroloq Anastasiya Qostrous səhər yeməyində tez-tez istehlak olunan bəzi qidaların sağlamlığa zərər verə biləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, bu haqda aif.ru-ya danışıb. 

Onun sözlərinə görə, ən zərərli səhər yeməklərindən biri təzə bişmiş şirniyyatlar və kruassanlardır. Ağ un, çoxlu kərə yağı və ya marqarin, eləcə də şəkərin birləşməsi həzm sisteminin fəaliyyətini ləngidir və qıcqırmaya səbəb olur. Bundan əlavə, xüsusilə mayalı təzə bişmiş məhsullar köp və mədə yanması yarada bilər.

Mütəxəssis səhər yeməyində ağ çörək üzərində kolbasa ilə hazırlanan buterbrodlardan da uzaq durmağı tövsiyə edir. Onun sözlərinə görə, bu kombinasiya mədə üçün ən zərərli variantlardan biridir. Ağ çörək yüksək qlisemik indeksə malikdir və demək olar ki, qida dəyəri yoxdur. Kolbasa isə gizli yağlar, duz, fosfatlar, konservantlar və dad artırıcılar ehtiva edir. Bu cür qidalanma mədəaltı vəzini yükləyir, orqanizmdə mayenin tutulmasına səbəb olur və mütəmadi istifadə zamanı qastrit və pankreatitin yaranması üçün şərait yaradır.

Həkim əlavə edib ki, səhər acqarına sitrus şirələri və qəhvə içmək də zərərlidir. Bu içkilər mədə turşusunun ifrazını artırır və mədədə qida olmadıqda selikli qişanı qıcıqlandırır. Xüsusilə “qəhvə + siqaret” kombinasiyası acqarına istifadə edildikdə mədə eroziyası və yüksək turşuluqla müşayiət olunan qastrit riskini artırır.

Bundan başqa, dolduruculu yoqurtlar, şirin hazır sıyıqlar və bekonla qızardılmış yumurta da mədə üçün zərərli səhər yeməkləri sırasına daxildir.

Aytəkin TOFİQQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr