BAKI, 13 aprel. TELEQRAF
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.
Teleqraf xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.69% dəyər qazanaraq 2.6664 ABŞ dollarına bərabər olub.
Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 5.14% artaraq 48.78 avroya bərabər olub.