Macarıstanın Baş naziri Viktor Orban müxalif “Tisa” partiyasının lideri Peter Maqyarı seçkilərdə qələbə münasibətilə təbrik edib.
Bu barədə müxalifət lideri “X”də yazıb.
O bildirib ki, Orban telefonla zəng edərək partiyasını qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, bu gün Macarıstanda parlament seçkiləri üçün səsvermə keçirilmişdi.
Bu seçkilər Macarıstan üçün dönüş nöqtəsi hesab olunur və nəticələr ölkənin həm daxili siyasətinə, həm də Avropa İttifaqı ilə münasibətlərinə ciddi təsir edə bilər.
"Cebheinfo.az"