AZ

"Neftçala “Avtonəqliyyat” ASC-nin rəhbərliyi dəyişəcək – TOPLANTI

Neftçala “Avtonəqliyyat” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. 

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 9 iyun 2026-cı il saat 12.00-da Neftçala “Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Gündəlikdəki məsələlər:

1. Neftçala “Avtonəqliyyat” ASC-nin 2025-ci ilin yekunu və qarşıda duran vəzifələri haqqında.

2. ASC-nin müşahidə şurasının və sədrinin seçilməsi.

3. ASC-nin təftiş komissiyasının hesabatı və yeni heyətin seçilməsi.

4. Səhmdar cəmiyyətin 2025-ci ilin yekununa görə dividendlərin bölüşdürülməsi.

Ünvan: Neftçala şəhəri, M.Ə.Sabir küçəsi 3.

Seçilən
0
2
fed.az

3Mənbələr