AZ

KİV: ABŞ İran danışıqlarının ikinci raundu baş tutacaq

ain.az bildirir, Bizim media portalına istinadən.

Həm İran, həm də ABŞ tərəfinin sərt bəyanatlarına baxmayaraq, diplomatiya qapıları açıq qalır.Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən məlumat yayıb.Qəzet həmçinin qeyd edib ki, region ölkələri gərginliyi cilovlamaq və gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmağa çalışır.Bununla əlaqədar olaraq, Pakistanın "Arab News" nəşrinin jurnalisti diplomatik mənbələrə istinadən iddia edib ki, növbəti mərhələ üçün hazırlıq gedir və ABŞ-İran danışıqlarının yaxın günlərdə Pakistanın yardımı ilə ya İslamabadda, ya da Avropanın hər hansı başqa bir yerində bərpa olunacağı ehtimal edilir.Xatırladaq ki, aprelin 11-də İslamabadda təşkil olunan tərəflər arasında danışıqların ilk raundu nəticəsiz yekunlaşıb.Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
7
bizim.media

8Mənbələr