AZ

İranla bağlı Ərdoğanın adından yayılan ifadələr yalandır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından sosial mediada İran və Livana hücumla bağlı yayılan ifadələr yalandır.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi yayıb.

"Bəzi sosial media platformalarında paylaşılan və Prezident Rəcəb Tayyib Ərdoğana aid edilən ‘‘İrana və ya Livana bir hücum olarsa, bunu Türkiyəyə hücum hesab edərik"" ifadələri tamamilə əsassızdır", - məlumatda bildirilib.

Əlavə edilib ki, Türkiyə bölgədə yaşanan son gərginlik və qarşıdurmalarda sülhü, rifahı və təhlükəsizliyi müdafiə edən konstruktiv mövqe nümayiş etdirib:

"Sözügedən əsassız iddiaların məqsədi; Türkiyənin regional sülhün qurulmasındakı qabaqcıl roluna kölgə salmaq, ölkəmizi qarşıdurma və böhran mühitlərinə cəlb etmək, beynəlxalq ictimaiyyətdə yanlış bir qavrayış yaradaraq dezinformasiya üzərindən siyasi manipulyasiya etməkdir.

Seçilən
7
6
publika.az

7Mənbələr