AZ

Madyar Macarıstan rəhbərliyini istefaya çağırıb

BAKI, 13 aprel. TELEQRAF

“Tisa” partiyasının lideri Peter Madyar Macarıstanın dövlət rəhbərliyini istefaya çağırıb.

Teleqraf xəbər verir ki, Madyar bu çağırışın ölkə prezidenti Tamaş Şuyok da daxil olmaqla bütün yüksək vəzifəli şəxslərə aid olduğunu bildirib.

Məlumata görə, o, seçkilərdən sonra ölkədə siyasi yenilənmənin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, “Tisa” partiyası üstünlük əldə edərək hakimiyyətə gəlməyə hazırlaşır.

Seçilən
30
teleqraf.com

1Mənbələr