AZ

"Bu tip xəbərlər həm mənə, həm kluba, həm də futbolçuya pis təsir edir"

”Hər oyundan əvvəl dua edirik ki, udaq.

Artıq bizim avrokunoklarda mübarizə aparmaq şansımız qalmayıb.

Hər oyun hakimliklə bağlı problem yaşayırıq. Bu gün də vaxt çox artırıla bilərdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunda “Turan Tovuz”a məğlub olduqları 1:2 hesabı ilə məğlub olduqları görüşlə bağlı danışıb:

“İlk öncə deyim ki, futbolçumuz Danilo Beskorovaynıy ilə aramızda olan konflikt barədə yayılan iddialar əsassızdır. Feyk xəbərlər yayırlar.

Yəni aramızda hrç bir problem olmayıb. Bu tip xəbərlər həm mənə, həm kluba, həm də futbolçuya pis təsir edir.

Sadəcə, milli fssilədən sonra Ukraynadan 3 gen gec gəldi. Mən də buna cəza olaraq şans vermədim. Bu qədər”.

Seçilən
34
sportinfo.az

1Mənbələr