“Real Madrid”in “Jirona” ilə 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmada Arda Gülər üçün xüsusi dəstək diqqət çəkib.
Musavat.com xəbər verir ki, Ardanın sevgilisi, basketbolçu Duru Nayman oyunu stadiondan izləyərək onu tək buraxmayıb.
“Santyaqo Bernabeu” stadionunda keçirilən matç zamanı Naymanın tribunada olması azarkeşlərin diqqətindən yayınmayıb.

Oyuna ehtiyat oyunçular skamyasından başlayan Arda Gülər 64-cü dəqiqədə meydana daxil olub. Xüsusilə matçın son dəqiqələrində yerinə yetirdiyi cərimə zərbəsindən sonra o, sosial mediada tənqidlərin hədəfinə çevrilib.
