Böyük Britaniyada keçmiş polis məmuru Mark Bullen Rusiya ilə əlaqələri səbəbindən vətəndaşlığından məhrum edilib. “Sandi Tayms” qəzetinin yazdığına görə, M. Bullen on ildən çox Hertfordşir polisində xidmət edib. Bu müddət ərzində o, Rusiya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və Sankt-Peterburqa ezamiyyətə göndərilib. 2014-cü ildə o, Rusiyaya köçüb və 2022-ci ildə Rusiya vətəndaşlığını alıb. Bullen hazırda Sankt-Peterburqda, “Zenit” klubunda işləyir.
M. Bullenin Britaniya vətəndaşlığından məhrum edilməsi qərarını daxili işlər naziri Şaban Mahmud qəbul edib və o, bu addımın səbəbi kimi milli təhlükəsizlik məsələsini göstərib. M.Bullen xarici dövlətin maraqlarına uyğun fəaliyyətlərdə iştirak etməkdə şübhəli bilinir. O özü isə hər hansı bir qanun pozuntusunu inkar edir.
Mətləb