Azərbaycan stolüstü tennis üzrə milli komandamızın üzvü Nihad Məmmədovun dünya rekordunu yeniləmək cəhdi uğurlu alınıb.
"Unikal" xəbər verir ki, idmançımız adını “Ginnesin Rekordlar Kitabı”na yazdırmağa yaxındır.
Seçmə komandanın üzvü bu gün “Şüa İdman Kompleksi”ndə təşkil olunan tədbirdə topu uzaq məsafədən oyuna daxil etmə üzrə 17 metr nəticə göstərib. Tədbir Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə keçirilib.
Nəticə ASTF tərəfindən müvafiq qurumun baş ofisinə göndərilib. Rəsmi cavabın 1-2 ay ərzində təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, bu rekord (16.70 m) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.