ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tarik Muharemoviç böyük ehtimalla İtaliyada klubunu dəyişəcək."Football-plus.az" xəbər verir ki, “Sassuolo”nun müdafiəçisi “İnter”ə keçməyə yaxındı. Jurnalist Matteo Morettonun məlumatına görə, Milan klubu futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Hazırda tərəflər transfer məbləği üzrə danışıqları davam etdirirlər. “İnter”in sövdələşməyə öz futbolçularından birini də daxil etməsi mümkün variant kimi dəyərləndirilir.23 yaşlı bosniyalı müdafiəçi bu mövsüm meydana çıxdığı 27 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.