AZ

Lelo” Gürcüstanı TRİPP ə qoşulmağa çağırdı

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Gürcüstanın müxalif Lelo - Güclü Gürcüstan Partiyası Anakliya dərin su limanının adının ABŞ Prezidenti Donald Trampın adına dəyişdirilməsini tələb edib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası yazıb.

“Lelo”nun baş katibi İrakli Kupradze bildirib ki, Çin-Sinqapur konsorsiumunun 49% pay alması gözlənilən liman "Tramp Marşrutu"na (TRIPP) çevrilməli, Qərb dünyasına açılan qapı olmalıdır və bu, Gürcüstana təhlükəsizlik, Qərb investisiyası və iqtisadi rifah gətirəcək.

İrakli Kupradze qeyd edib ki, 8 avqust 2025-ci ildə ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmadan sonra Qafqazda "TRIPP kimi tanınan vacib beynəlxalq tranzit marşrutu" yaranıb:

“Bu marşrut Gürcüstandan yan keçməməlidir və onun həyata keçirilməsi yalnız “Tramp Yolu”nun məntiqi davamı olacaq Anakliya limanının tikintisi ilə mümkündür”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
axar.az

1Mənbələr