Futbol üzrə İngiltərə Premyer Liqasında XXXII turun daha 4 oyunu keçirilib.
"Unikal" xəbər verir ki, turun mərkəzi görüşündə "Çelsi" öz meydanında "Mançester Siti"ni qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçlarda "Nyukasl" səfərdə "Kristal Pelas"a 2:1, "Tottenhem" "Sanderlend"ə 1:0 hesabı ilə uduzub, "Aston Villa" isə "Nottingem Forest"lə heç-heçə edib - 1:1.
Hazırda turnir cədvəlinə 70 xalla "Arsenal" başçılıq edir. Ehtiyatda bir oyunu olan "Mançester Siti" 64 xalla 2-cidir.
Qeyd edək ki, tura aprelin 13-də keçiriləcək "Mançester Yunayted" - "Lids" oyunu ilə yekun vurulacaq.