AZ

Azərbaycanlı idmançı Ginnesin Rekordlar Kitabına düşdü

Azərbaycanlı stolüstü tennisçi Nihat Məmmədov dünya rekorduna imza atıb.

Musavat.com xəbər verir ki, idmançı topu uzaq məsafədən oyuna daxil etmə üzrə Ginnes rekordu müəyyənləşdirib.

Bundan əvvəlki rekord Türkiyə təmsilçisi Osman Gürcüyə məxsus idi. O, 16,70 metr məsafədən uğurlu xidmətlə yadda qalmışdı.

Nihat Məmmədov isə topu 17 metr məsafədən oyuna daxil edərək əvvəlki nəticəni geridə qoyub və yeni dünya rekordunun sahibi olub.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr