Xəbər verdiyimiz kimi, ötən gün Tərtərdə kafedə ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini, 1999-cu il təvəllüdlü Nabil Aslanov bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.
O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
——–
Ötən gecə Tərtərdə qətl hadisəsi törədən şəxs saxlanılıb.
Tərtər şəhəri ərazisində həmyerlisi Nabil Aslanovu qətlə yetirən 1995-ci il təvəllüdlü Səfixan Nağıyev polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir./Trend.Az
