AZ

Mbappe “Bavariya”ya qarşı oynayacaq

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe bazar günü məşq prosesində iştirak etməyib.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, futbolçu qaş nahiyəsindən tikiş alıb və narahatlıq səbəbindən ehtiyat məqsədilə məşqə çıxmayıb.

Lakin Mbappədə ciddi zədə yoxdur.

Bildirilib ki, fransalı ulduz futbolçunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Almaniyanın “Bavariya” klubuna qarşı meydana çıxacağı gözlənilir.

“Bavariya” – “Real Madrid” cavab qarşılaşması 15 aprel çərşənbə günü keçiriləcək və Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Xatırladaq ki, ilk oyunda Madrid təmsilçisi öz meydanında 1:2 hesabı ilə məğlub olub.

Seçilən
22
90deqiqe.az

1Mənbələr