AZ

Minqesa üçün İngiltərə nəhəngləri növbəyə düzüldü

İspaniyanın “Selta” klubunun müdafiəçisi Oskar Minqesa yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, ispaniyalı futbolçunun xidmətində İngiltərənin “Mançester Siti”, “Arsenal”, “Liverpul” və “Tottenhem” klubları maraqlıdır.

“Nyukasl”, “Aston Villa” və “Everton” isə futbolçunu uzun müddətdir izləsə də, onun transferi üçün şanslarının az olduğu bildirilir.

26 yaşlı futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır və onun yeni sözləşmə imzalamayacağı ehtimalı getdikcə artır. Bu isə onun azad agent kimi transfer olunmasına şərait yaradır.

“Barselona” akademiyasının yetirməsi olan müdafiəçi bir neçə mövsüm Kataloniya klubunun əsas komandasında çıxış etsə də, orada möhkəmlənə bilməyib və 2022-ci ildə “Selta”ya keçib.

Cari mövsümdə 26 yaşlı futbolçu 38 oyunda meydana çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib, həmçinin 7 sarı vərəqə alıb. “Transfermarkt” portalına görə onun bazar dəyəri 18 milyon avro təşkil edir.

Seçilən
24
90deqiqe.az

1Mənbələr